Suriya Prezidenti İran XİN rəhbərini qəbul edib

2023/01/dd405-1673706509.jpg
Oxunub: 274     17:58     14 Yanvar 2023    
Suriya Prezidenti Bəşər Əsəd Dəməşqdə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianı qəbul edib.

Ordu.az xəbər verir ki, bu barədə “Əl-İxbariyyə” telekanalı məlumat yayıb.

İranlı nazir Suriya dövlət başçısı ilə görüşdən qabaq Dəməşq Beynəlxalq Hava Limanında deyib ki, danışıqlar zamanı regional və beynəlxalq problemlər, həmçinin ikitərəfli əməkdaşlıq müzakirə olunacaq: “Səfərin məqsədi qarşılıqlı maraq doğuran məsələlər üzrə mövqelərin əlaqələndirilməsidir”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   İran  


Bizi "telegram"da izləyin