Ordu.az xəbər verir ki, bu barədə Fransa mətbuatı yazıb.
Məlumata görə, Hindistan Hərbi Dəniz Qüvvələri inventarını gücləndirmək üçün “Rafale-M” döyüş təyyarələri almağı düşünür. Bu çərçivədə Hindistan inventarında olan köhnə rus MiQ-29K döyüş təyyarələrinin dəyişdirilməsi üçün tender elan edib.
Tenderdə Fransadan “Rafale-M” və ABŞ-dan “Boeing” şirkəti tərəfindən hazırlanmış F/A-18E/F “Super Hornet” iştirak edib. Hindistanda keçirilən tenderlə artıq “Rafale-M” döyüş təyyarələrinin seçildiyi iddia edilib.
Hər iki döyüş təyyarəsi 2022-ci ilin əvvəlində Hindistan Hərbi Dəniz Qüvvələri tərəfindən sınaqdan keçirilməyə başlanıb. Hər iki döyüş təyyarəsi Hindistanın Qoadakı “INS Hansa” dəniz bazasında sınaqdan keçirilib.
İki ölkə arasında rəsmi müqavilənin Fransa prezidenti Emmanuel Makronun 2023-cü ilin mart ayında Hindistana səfəri zamanı imzalanması gözlənilir.
Sevinc Əliyeva
Ordu.az