Ermənistanda qalmaqal| Azərbaycanın qələbəsini dəstəkləyən fransalı deputat İrəvana səfər etdi

2023/01/l-Qdi-1673693148.jpg
Oxunub: 670     19:33     14 Yanvar 2023    
İrəvanda rəsmi səfərdə olan Fransa Milli Assambleyasının sədri Yael Braun-Pivetin nümayəndə heyətinin tərkibində deputat Ann Jenete də olub. Fransanın erməni dairələri və ermənipərəst siyasətçiləri Azərbaycanla münasibətlərdə Jeneteni tənqid edirlər.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hetq” nəşri yazıb.

Qeyd olunub ki, Jenete Fransanın 11-ci seçki dairəsinin deputatıdır, Ermənistan da daxil olmaqla 49 ölkədə Fransadan kənarda yaşayan fransızları təmsil edir.

“13-17 noyabr 2021-ci il tarixlərində “Ermənistan-Fransa” dostluq qrupu çərçivəsində Ann Jenetenin İrəvana səfəri qalmaqala görə ləğv edilib. Səfərdən bir neçə gün əvvəl, noyabrın 9-da Ermənistan 44 günlük müharibədə ölmüş hərbi qulluqçuların xatirəsini yad edərkən Azərbaycanın Parisdəki səfirliyi Fransa siyasətçiləri və iş adamları üçün Qarabağın işğaldan azad edilməsinin 1-ci ildönümünə həsr olunmuş nahar-debat təşkil edib. Səfirliyin “Facebook” səhifəsində şam yeməyi ilə bağlı yazı “Qələbə günü”, “Qarabağ Azərbaycandır” həştəqi ilə müşayiət olunur. “Qarabağ sülh vaxtında: ümidlər və çətinliklər. Fransanın rolu nədir?” başlıqlı şam yeməyinə Ann Jenete də qatılıb. O, “Twitter”də Azərbaycanın Fransadakı səfirinin yanında foto yerləşdirərək yazıb ki, Fransa sülh üçün çalışmalıdır və parlament diplomatiyası buna töhfə verə bilər”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Fransa  


Bizi "telegram"da izləyin