Ordu.az xəbər verir ki, ilk dəfədir Bolsonaronun adı 8 yanvar iğtişaşlarına görə potensial məsuliyyət daşıyanlar arasında yer alır.
Bu, Bolsonaronun oktyabrda keçirilən prezident seçkilərinin legitimliyini şübhə altına alan video yayımlamasından bir neçə gün sonra baş verib.
Prokurorlar bildiriblər ki, Bolsonaro bu cür iddialarla cinayətə təhrik etmiş ola bilər. Onlar Ali Məhkəmədən eks-prezidentin istintaqa cəlb olunmasını istəyiblər.
Bolsonaro videosunda Luiz İnasio Lula da Silvanın vəzifəyə seçilmədiyini, əksinə Ali Məhkəmə və Braziliyanın seçki orqanı tərəfindən gətirildiyini iddia edib.
Baş Prokurorluq yaydığı bəyanatda bildirib ki, səsverməni və onun nəticələrini sorğu-sual etməklə Bolsonaro açıq şəkildə cinayət törətməyə təhrik edib.
Ali Məhkəmənin hakimi Alexandre de Moraes, Bolsonaronun Prokurorluğun iğtişaşa "təhrik və intellektual müəllif" olması ilə əlaqəadar təhqiqata daxil ediləcəyini açıqlayıb.
"Müstəsna vəziyyət yaratmağa çalışan demokratiyaya qarşı qorxaqcasına sui-qəsd təşkil etməyə davam edən ictimai xadimlər məsuliyyətə cəlb olunacaqlar", - hakim de Moraes deyib.
Ordu.az