KİV: Kisida Yaponiyanın “Tomahawk” raketlərini əldə etmək niyyətini Baydenə çatdırıb

2023/01/1673673218.jpg
Oxunub: 200     08:13     14 Yanvar 2023    
Yaponiyanın Baş naziri Fumio Kisida ABŞ Prezidenti Cozef Baydenə Tokionun ABŞ-nin “Tomahawk” qanadlı raketlərini almaq niyyətini çatdırıb.

Ordu.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Güman edilir ki, bu raketlər Yaponiya Özünümüdafiə Qüvvələrinin düşmən bazalarına cavab zərbələri endirmək qabiliyyətini artırmaq proqramının bir hissəsi olmalıdır.

Vaşinqtonda Baydenlə görüşü zamanı Kisida vurğulayıb ki, “Yaponiya və ABŞ təhlükəsizlik baxımından misli görünməmiş sərt və çətin vəziyyətdədir”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   ABŞ  


Bizi "telegram"da izləyin