Türkiyə Ordusunun arsenalına yeni helikopter daxil edilib

2023/01/1673615277.jpg
Oxunub: 608     17:01     13 Yanvar 2023    
Türkiyə Silahlı Qüvvələrinin arsenalına T-70 çoxməqsədli helikopterləri daxil edilib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu gün həmin helikopterlərin orduya təhvil verilməsi mərasimi keçirilib.

Qeyd edək ki, T-70 Türkiyənin TUSAŞ (Türk Havacılık ve Uzay Sanayi) şirkətinin istehsalıdır. edilən bu ilin sonunadək Türkiyə ordusuna təhvil veriləcək. Helikopter TUSAŞ-ın ASELSAN və “Sikorsky” ilə strateji əməkdaşlığı çərçivəsində dünyanın ən müasir avionika arxitekturalarından biri ilə istehsal olunub. S-70i helikopteri əsasında hazırlanan uçuş platformasının istehsalında “Alp Havacılık” və TEI şirkətləri də iştirak edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   T-70  


Bizi "telegram"da izləyin