Ordu.az xəbər verir ki, bunu Ermənistan Statistika Komitəsinin dərc etdiyi məlumatlar da təsdiqləyir.
“Humanitar yardım”ın həcmlərində 69 milyon 789,8 min dollar olmaqla kimya və əlaqəli sənaye sahələrinin istehsalı ən böyük paya malikdir ki, bu da 2021-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 3,4 dəfə artıb.
Həcminə görə ikinci yerdə 3 milyon 859,6 min dollar ilə maşın, avadanlıq və mexanizmlərdir. 2021-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə bu sahədə artım 70,8 faiz təşkil edib. Həcm baxımından üçüncü yerdə 3 milyon 822,3 min dollar dəyərində olan tekstil məhsullarıdır ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 16,8 faiz azalıb.
“Humanitar yardım” kimi daxil olan mineral məhsullar 65,4 dəfə artaraq 307,3 min dollara çatıb. Yanvar-noyabr aylarında “humanitar yardım” kimi daxil olan daş, suvaq, sement məmulatlarının həcmi 10,9 dəfə artaraq 1 milyon 130,9 min dollar təşkil edib.
Ötən ilin yanvar-noyabr aylarında ən çox “humanitar yardım” Amerika Birləşmiş Ştatlarından alınıb, “yardım”ın həcmi 26 milyon 418,1 min dollar olub və bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə 3 dəfə çoxdur. Daha sonra İspaniyadan 14 milyon 368,8 min dollar dəyərində “humanitar yardım” alınıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 9,3 dəfə çoxdur. Ermənistanın ən çox “humanitar yardım” aldığı ölkələr arasında üçüncü yerdə 7 milyon 329,8 min dollar göstərici ilə Hindistandır, bu ölkədən Ermənistana “humanitar yardım”ın həcmi 3,7 dəfə artıb.
Ümumilikdə Ermənistana MDB ölkələrindən 287,3 min dollar, Avropa İttifaqı ölkələrindən 39 milyon 689,1 min dollar, digər ölkələrdən isə 45 milyon 938,4 min dollar dəyərində “humanitar yardım” daxil olub.
Alpər Mövludoğlu
Ordu.az