Çavuşoğlu: "Ukraynadan digər ölkələrə 17 milyon ton taxıl daşınıb"

2022/09/62580-1664183276.jpg
Oxunub: 311     16:03     12 Yanvar 2023    
“Taxıl sazişi” vasitəsilə Ukraynadan dünya ölkələrinə 17 milyon ton taxıl daşınıb”.

Ordu.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ruandalı həmkarı Vincent Biruta ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, taxıl daşınmaları zamanı kasıb ölkələr xüsusilə nəzərə alınır: “Həm Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, həm də Rusiyanın dövlət başçısı Vladimir Putin taxılın kasıb ölkələrə, o cümlədən Afrikaya daşınmasını dəstəkləyirlər. Eyni zamanda gübrə daşınmasına da kömək edəcəyik”.

Xatırladaq ki, ötən il iyulun 22-də Ukrayna, Rusiya, Türkiyə və BMT Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracının həyata keçirilməsi ilə bağlı dördtərəfli saziş imzalanıb. Taxıl daşıyan ilk gəmi avqustun 5-də Odessa limanını tərk edib. Oktyabrın 29-da Rusiya hakimiyyəti Sevastopolda Qara dəniz donanmasına “hücum” iddiası ilə “taxıl sazişi”ndən çıxdığını elan etmişdi. Lakin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “taxıl dəhlizi”nin bərpa olunduğunu bəyan edib və Türkiyənin Rusiya ilə danışıqları nəticəsində yenidən Ukraynanın ixracı sabitləşib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Ukrayna  


Bizi "telegram"da izləyin