Fransa Milli Assambleyasının prezidenti Ermənistanda səfərdədir - YENİLƏNİB

2023/01/Qui-e-1673505561.jpg
Oxunub: 459     22:01     12 Yanvar 2023    
Fransa Milli Assambleyasının sədri Yael Braun-Pivet Ermənistana gəlib.

Ordu.az "news.am"a istinadən xəbər verir ki, İrəvanın Zvartnots hava limanında Ermənistana iki günlük səfərə gələn Fransa nümayəndə heyətini Ermənistan parlamentinin sədri Alen Simonyan qarşılayıb.

Nümayəndə heyətinin Baş nazir Nikol Paşinyan və digər rəsmi şəxslərlə görüşləri, həmçinin Ermənistan Milli Assambleyasının sədri ilə birgə mətbuat konfransı planlaşdırılıb.

***

Fransa Milli Assambleyasının Prezidenti Yael Braun-Pivetin başçılıq etdiyi nümayəndə heyəti Ermənistana səfər edəcək.

Ordu.az xəbər verir ki, nümayəndə heyəti bu gün axşam saatlarında İrəvana gələcək.

Nümayəndə heyətinə deputatlar Valeri Rabo, Jan-Lui Burlanj və başqaları daxildir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Ermənistan  


Bizi "telegram"da izləyin