Makron Əlcəzairdən üzr istəməyəcəyini bildirib

2022/11/62a9b-1668877356.jpg
Oxunub: 370     04:55     12 Yanvar 2023    
Fransa Prezidenti Emmanuel Makron hesab edir ki, Əlcəzairdən üzr istəməməlidir.

Ordu.az xəbər verir ki, bu barədə Fransa lideri “Le Point” qəzetinə müsahibəsində deyib.

Makron iki ölkəni barışdırmaq yolunda birgə səyləri davam etdirmək üçün əlcəzairli həmkarı Abdelmacid Tebbunu Parisdə qəbul edəcəyinə ümid bəsləyir.

“Mən üzr istəməyə ehtiyac görmürəm. Məsələ bu deyil. Belə jest bütün əlaqələri qıra bilər”, - deyə Fransa lideri bildirib.

Qeyd edək ki, Fransanın Əlcəzairdə müstəmləkəçilik siyasəti yürüdüb, yerli xalqa qarşı qətliam törədib.
Dəhşətli qətliam Əlcəzairin 1 milyon 500 min vətəndaşının ölümü ilə nəticələnib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əlcəzai   Fransa  


Bizi "telegram"da izləyin