Ordu.az xəbər verir ki, bunu “Danışır Moskva” radiostansiyasına Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin deyib.
Onun sözlərinə görə, bu vəziyyətdə Ermənistanın KTMT ilə bağlı heç nə etməyəcəyinə dair bəyanatlar Ermənistanı heç bir şəkildə gücləndirmir.
“Amma bunlar yalnız sübut edir ki, Paşinyan hakimiyyəti müttəfiqini dəyişmək yolu ilə gedir, Qərbi regiona cəlb etmək istəyir. Ümid edirəm ki, Qərb, ABŞ, Fransa Türkiyə və Azərbaycanla problemlərin həllinə kömək edəcək. Amma onlar bunu heç vaxt etməyiblər və etməyəcəklər, bundan əminəm. Çünki onlar üçün, xüsusən də ABŞ üçün ən önəmlisi Rusiyanı bu regiondan çıxarmaqdır. Qalan hər şey, erməni əhalisinin və Qarabağın taleyi onları az maraqlandırır”, - deyə Zatulin qeyd edib.
Zatulin bildirib ki, Rusiya öz öhdəliklərini yerinə yetirməlidir və onları yerinə yetirir.
“Amma o, Qarabağ məsələsində ermənilərin və Ermənistanın adından çıxış edə bilməz. Rusiya, prezidentimiz artıq Soçi görüşü ərəfəsində dediyi kimi, erməni tərəfi üçün məqbul variant uğrunda mübarizə apara bilər. Əgər Paşinyan Rusiyanın təklif etdiyi şərtlərlə barışmağa hazır olduğunu bəyan etdiyi bir vəziyyətdə bunu deyirsə, bu, çox çətin danışıqların növbəti mərhələsi demək olacaq. Çünki söhbət ondan gedir ki, Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh sazişində Qarabağın statusu məsələsinin bağlanması nəzərdə tutulmayıb, daha sonrakı tarixə təxirə salınıb. 2020-ci il müharibəsindən əvvəl söhbət iki məqsədə çatacaq sülhün mümkünlüyündən gedirdi: Qarabağın “öz müqəddəratını təyin etməsi” və onun perimetri boyunca Azərbaycan ərazilərinin Azərbaycana qaytarılması. 2020-ci il müharibəsinin Paşinyan üçün fəlakətli nəticəsi odur ki, o, “Qarabağın statusu” müqabilində deyil, sülh müqabilində əraziləri qaytarmaqla danışıqlar aparmalı oldu. İndi isə çətin problem o “status”u necə əldə etməkdir”, - deyə o əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az