Ərdoğan Antalya Diplomatik Forumunu müstəqil qurum elan edib

2022/03/34534-1646989702.jpg
Oxunub: 252     13:25     10 Yanvar 2023    
Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) tərkibində indiyədək fəaliyyət göstərən Antalya Diplomatiya Forumu müstəqil təşkilata çevrilib.

Ordu.az xəbər verir ki, bu barədə qərar Türkiyənin “Rəsmi” qəzetində dərc edilib.

Belə ki, müvafiq qanun Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən bu gün təsdiqlənərək qüvvəyə minib.

Qeyd edək ki, 2021-ci ildə qurulan Antalya Diplomatiya Forumu diplomatiya, siyasət və ticarətlə bağlı fikirlərin paylaşıldığı, siyasətçilər, diplomatlar və akademiklər arasında Antalyada keçirilən yüksək səviyyəli toplantıdır. Azərbaycan toplantının fəal iştirakçılarından biridir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərdoğan   Antalya-Forumu  


Bizi "telegram"da izləyin