Ərdoğanın Ermənistanla bağlı addımları Suriya ilə əlaqədardır? – BAXIŞ BUCAĞI

2022/10/0cf9e-3330152952.jpg
Oxunub: 733     15:07     09 Yanvar 2023    
Türkiyə Ermənistana hava yolu ilə birbaşa yükdaşımalar üçün məhdudiyyəti aradan qaldırıb. 2022-ci il iyulun 1-də Vyanada keçirilən iki ölkənin xüsusi nümayəndələri arasında aparılan görüşlərin nəticəsində 1 yanvar 2023-cü ildən etibarən Türkiyə ilə Ermənistan arasında birbaşa hava yolu ilə yükdaşımaların mümkün olduğu bildirilir.

Məsələ 2022-ci il oktyabrın 6-da Praqada görüşən Ermənistanın baş naziri Paşinyan və Türkiyə prezidenti Ərdoğan arasında da müzakirə edilib. Türkiyə tərəfi birbaşa hava yüklərinin daşınmasına qoyulan qadağanın ləğvi barədə Ermənistanı məlumatlandırıb.

“Biz, üçüncü ölkə vətəndaşlarının iki ölkənin quru sərhədlərini keçməklə bağlı razılaşmanın da yaxın zamanlarda icra olunacağını gözləyirik”, - Ermənistan XİN bildirib.

Ankara bu addımı faktiki razılaşmanın elan edilməsindən 6 ay sonra atıb. Bu qərar Ərdoğan-Əsəd görüşünün təşkili üçün Moskvada Türkiyə-Suriya danışıqları fonunda qəbul edilib. Bir neçə gün əvvəl Rusiya, Türkiyə və Suriyanın müdafiə nazirləri və kəşfiyyat rəhbərləri Rusiyanın paytaxtında görüş keçirib. Hazırda XİN səviyyəsində görüşün təşkili üçün hazırlıq gedir.

Tərəflər Ərdoğanla Əsəd arasında görüşün təşkili məsələsinin müzakirə olunduğu görüşdən məmnun olduqlarını bildiriblər. Türkiyə prezidenti Suriya prezidenti ilə görüşəcəyini açıqlayıb.

Bəs Ermənistanla birbaşa hava yüklərinin daşınmasına qoyulan qadağanın ləğvini həmin prosesin kontekstində nəzərdən keçirmək olarmı?

Bunu demək çətindir, amma şübhəsiz ki, Ermənistan-Türkiyə münasibətləri prosesi Ankara üçün onun Qərb və Rusiya ilə münasibətləri kontekstində nəzərdən keçirilir. ABŞ Türkiyə-Suriya nizamlanması perspektivindən narazılığını bildirib. Dövlət Departameninin nümayəndəsi ABŞ-ın Əsəd rejimi ilə münasibət qurmayacağını və ya digər ölkələrin münasibətlərini qəbul etməyəcəyini açıqlayıb. Ancaq ABŞ Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına müsbət yanaşır və Ərdoğanın bu istiqamətdə atacağı addımla ABŞ-ın münasibətini balanslaşdırmağa çalışdığı da istisna edilmir.

Asif Cəfərov  
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərdoğan   Paşinyan  


Bizi "telegram"da izləyin