Nigeriyada silahlı şəxslər onlarla insanı qaçırıb

2022/09/1664081671.jpg
Oxunub: 189     05:55     09 Yanvar 2023    
Nigeriyanın cənubundakı Edo əyalətində dəmiryol stansiyasına basqın edən silahlı şəxslər 32 nəfəri qaçırıblar.

Polisin məlumatına görə, hadisə dünən yerli vaxtla saat 16:00-da Tom İkimi stansiyasında baş verib. Hücum zamanı bir neçə nəfər güllələnib.

Edo əyaləti administrasiyasının sözçüsü Kris Osa Nehikhare təhlükəsizlik qüvvələri əməkdaşlarının silahlıları yaxalamaq və qaçırılanları xilas etmək üçün bölgədə əməliyyata başladığını bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Nigeriya  


Bizi "telegram"da izləyin