Ordu.az xəbər verir ki, onun sözlərinə görə, ötən ilin noyabrında Konqres seçkilərində amerikalılar ABŞ-ın yeni istiqamətinə səs veriblər və indi Nümayəndələr Palatası öz öhdəliklərini yerinə yetirmək niyyətindədir.
“Söhbət güclü iqtisadiyyatın, təhlükəsizliyin, daxili azadlıqların və hökumətin hesabatlılığının təmin edilməsindən gedir. Qanunvericilər ərzağın, benzinin, avtomobillərin, mənzillərin qiymətlərini azaltmaq, dövlət borcunun artımını dayandırmaq, enerji daşıyıcılarının qiymətlərini aşağı salmaq üçün ABŞ administrasiyasının israfçı xərclərini dayandırmaq öhdəliyinə sadiqdirlər”.
Əsas prioritetlər arasında o, həmçinin Meksika ilə sərhədi keçən miqrantların qeyri-qanuni axınına və Pekinlə rəqabətə qarşı durmağı da qeyd edib.
O, öz çıxışında Ukraynadakı vəziyyəti və Kiyevə yardım üçün vəsaitin ayrılmasını qeyd etməyib.
Ordu.az