BMT təşkilatı Vardanyanın Qarabağda ermənilərin hüquqlarını pozması ilə bağlı məlumat topladığını açıqlayıb

2022/02/d079d-1645507672.jpg
Oxunub: 373     20:56     07 Yanvar 2023    
BMT-nin Parisdə yerləşən "CAP Freedom of Conscience" QHT Qarabağda yaşayan ermənilərin hüquqları ilə bağlı maarifləndirmə kampaniyasına başlayıb.

Ordu.az-ın QHT-nin bəyanatına istinadən verdiyi məlumata görə, kampaniyanın başlanğıcına 2022-ci il dekabrın 20-də Xankəndi şəhər sakini Yuri Musayelyanla baş vermiş hadisə səbəb olub. Həmin gün Yuri Musayelyan öz mənzilində şiddətli döyülüb.

Təşkilatın bəyanatında deyilir ki, Y.Musayelyan öz Facebook səhifəsində yeganə “günahı” “Qarabağ administrasiyası” rəhbərliyinə qarşı dinc etiraz elan etməsi, xüsusən də “Qarabağın dövlət naziri” vəzifəsinə yeni təyin olunmuş şübhəli maliyyə fırıldaqları ilə varlanan rus-erməni milyarderi Ruben Vardanyanın seçdiyi qarşıdurma kursunu şübhə altına alması olduğunu bildirib.


“Vəzifəyə alındıqdan sonra 2 ay keçməmiş regionun “dövlət naziri” Vardanyan Ermənistanın mis monopolisti “Vallex Group”un Qarabağda işlədiyi qızıl yatağı və mis mədənlərində Azərbaycan hökumətinin Rusiya sülhməramlıları ilə razılaşdırdığı ekoloji monitorinqinin keçirilməsinə imkan verməyib” - deyə QHT vurğulayıb.

Vallex Group-un bölgədəki fəaliyyəti Qarabağlıların fundamental hüquqlarının pozulmasının simvolu olduğundan, biz kampaniya şüarı kimi “Anti-Vallex” adını seçmişik.
"Bütün maraqlıları və ilk növbədə Qarabağın yerli sakinlərini Qarabağda insan hüquqlarının pozulması halları, o cümlədən şirkət tərəfindən ekoloji standartların pozulması ilə bağlı bütün məlumatları bizimlə bölüşməyə dəvət edirik" - təşkilatın bəyanatında deyilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMT   Qarabağ  


Bizi "telegram"da izləyin