ABŞ Konqresi donanma üçün 32,6 milyard dollar vəsait ayrılmasını təsdiqləyib

2023/01/1673078206.jpg
Oxunub: 310     20:21     07 Yanvar 2023    
ABŞ Konqresi Hərbi Dəniz Qüvvələri (HDQ) üçün 3 esmines və 2 sualtı qayıq daxil olmaqla 11 gəminin alınmasına razılıq verib.

Ordu.az xəbər verir ki, gəmilərin alınması üçün 32.6 milyard dollarlıq büdcə təsdiq edilib.

Gəmilərin inşası üçün ehtiyac olaraq əlavə 4,7 milyard dollar artım ola bilər.

ABŞ HDQ üçün 2 ədəd “Virginia” sinif sualtı qayıqlar, 1 ədəd “Constellation” sinif freqat, 1 ədəd “San Antonio” sinif amfibiya gəmisi, 1 ədəd “John Lewis” gəmisi, 1 “Navajo” sinif yedəkləmə gəmisi daxil olmaqla 11 gəmi alınacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: HDQ   ABŞ  


Bizi "telegram"da izləyin