Rusiya-Ukrayna müharibəsi Almaniyanın müdafiə ixracına təkan verib

2023/01/PzH-2-1673078146.jpg
Oxunub: 421     11:55     07 Yanvar 2023    
Almaniyanın 2022-ci ildə silah və hərbi texnika ixracı təxminən 8,35 milyard avroya çatıb.

Ordu.az xəbər verir ki, bu barədə Almaniyanın DPA agentliyi məlumat yayıb.

Rəqəmi Almaniya İqtisadiyyat Nazirliyi Sol Partiyanın sualına cavam olaraq açıqlayıb. Beləliklə, Almaniyanın 2022-ci ildə silah və hərbi texnika satışı 2021-ci ildə rekord 9,35 milyard avrodan sonra ölkə tarixində ikinci ən böyük ixrac rəqəmi hesab edilir.

Açıqlamada Almaniyanın bu il ən çox silah və hərbi texnika satdığı ölkənin Rusiya ilə müharibə vəziyyətində olan Ukrayna olduğu qeyd edilib. Berlin Kiyevə 2,24 milyard avro dəyərində silah və texnikanın satışını təsdiqləyib.

Almaniya hökumətinin Ukraynaya ixrac etdiyi texnikalar arasında “Gepard” tipli özüyeriyən zenit silahları, döyüş sursatları, PzH artilleriya qurğuları, “Stinger” raketləri, qumbaralar, dəbilqələr və nəqliyyat vasitələri də var.

Almaniya hökumətinin Ukrayna istisna olmaqla, əsasən NATO ölkələrinə təxminən 6 milyard avro dəyərində silah və hərbi texnikanın satışına icazə verdiyi qeyd olunur.

Sonrakı yerdə 1,83 milyard avro ilə Niderland, üçüncü yerdə 864 milyon avro ilə ABŞ, 453 milyon avro ilə Böyük Britaniya və 249,2 milyon avro ilə Macarıstan gəlir.

Macarıstanı 196,1 milyon avro ilə Avstraliya, 175,1 milyon avro ilə Sinqapur və 166,5 milyon avro ilə Cənubi Koreya izləyib. Ölkənin son 5 ildə ixracatının illik ortalaması 6,85 milyard avro olub.

Sevinc Əliyeva
Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Ukrayna  


Bizi "telegram"da izləyin