Ordu.az xəbər verir ki, bu barədə “Navy Recognition” nəşri yazıb.
2030-cu ilə qədər aktiv istifadə üçün nəzərdə tutulan “Merlin” helikopterlərinin Britaniyanın Dəniz Piyadaları və digər hərbi qüvvələri tərəfindən həyata keçirilən əməliyyatları dəstəkləmək qabiliyyətini artıracağı gözlənilir. 25 helikopterdə tezliklə təkmilləşdirmə işlərinə başlanacağı qeyd olunur.
İndiyə qədər 19 ədəd Mk3 və 6 ədəd Mk3a olmaqla cəmi 25 “Merlin” helikopteri Mk4/4a standartına yüksəldilib. Helikopterlər üzərində işlər “Leonardo Helicopters” şirkəti tərəfindən həyata keçirilib.
Axtarış-xilasetmə, narkotiklərlə mübarizə və dəniz quldurluğu ilə mübarizə, dəniz təhlükəsizliyi və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına dəstək əməliyyatları da daxil olmaqla çoxsaylı missiyaları yerinə yetirmək vəzifəsi daşıyan helikopter “Queen Elizabet” aviadaşıyıcı gəmilərində, amfibiya gəmilərində, “Duke” (Tip 23) və “Daring” (Tip 45) sinif esmineslərdə istifadə edilə bilər.
Sevinc Əliyeva
Ordu.az