Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.
Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) inventarına daxil edilən EHPOD F-16-larda istifadə edilə bilər.
EHPOD-un sınaqları Türkiyə HHQ-nin 401-ci eskadriliya komandanlığı tərəfindən həyata keçirilib.
EHPOD çoxlu genişzolaqlı antenalar ilə radar sistemlərinin ötürülməsini aşkar edir. Sistem vaxtaşırı tezlik diapazonunu skan edir və qəbul edilən siqnalların tezliyi, impuls eni, istiqaməti və impulsların təkrarlanma diapazonu kimi parametrləri müəyyən edir.
Sistem geniş miqyaslı təhdidləri aşkar etmək və diaqnostika etmək üçün nəzərdə tutulub.
Sevinc Əliyeva
Ordu.az