Yaponiyanın Baş naziri Ukraynaya dəvət olunub

2022/07/_1206-1659089825.jpg
Oxunub: 180     09:45     06 Yanvar 2023    
Yaponiyanın Baş naziri Fumio Kişida Ukraynaya səfərə dəvət alıb.

Ordu.az xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin katibi Hirokazu Matsuno Tokioda keçirilən brifinqdə deyib.

Dəvəti Yaponiyanın bu ölkədəki səfirinə Ukrayna Prezidenti Ofisinin rəhbəri Andriy Yermak təqdim edib.

"Yaponiya Ukrayna vətəndaşlarını dəstəkləyir və G7-nin builki sədri kimi müvafiq addımlar atır", - H.Matsuno bildirib.

Xatırladaq ki, F.Kişida gələn həftə G7-yə üzv ölkələrə, o cümlədən Fransa, İtaliya, Böyük Britaniya, Kanada və ABŞ-a səfər edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   Ukrayna  


Bizi "telegram"da izləyin