ABŞ Misirə 12 CH-47F “Chinook” helikopteri satacaq

2022/02/24PAP-1644919724.jpg
Oxunub: 322     17:51     05 Yanvar 2023    
ABŞ Misirə 12 ədəd CH-47F “Chinook” helikopterinin satılmasına razılıq verib.

Ordu.az xəbər verir ki, satış prosesi Xarici Hərbi Satış yolu ilə həyata keçirilib.

“Boeing” şirkəti Misir Hərbi Hava Qüvvələrinə 2026-cı ildən etibarən 12 ədəd CH-47F “Chinook” helikopteri təhvil verəcək.

CH-47F hazırda Türkiyə Quru Qoşunları və Xüsusi Təyinatlı Qüvvələr Komandanlığı da daxil olmaqla ümumilikdə 19 ölkə tərəfindən istifadə olunur. “Boeing” bu günə qədər 950-dən çox CH-47F tədarük edib.

Sevinc Əliyeva
Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Misir  


Bizi "telegram"da izləyin