TUSAŞ-ın ötən il həyata keçirdiyi ixracatlar açıqlanıb

2023/01/Temel-1672924457.jpg
Oxunub: 254     14:15     06 Yanvar 2023    
Türkiyənin TUSAŞ şirkətinin baş direktoru Temel Kotil T129 “Atak” hücum və taktiki helikopter layihəsi çərçivəsində indiyə qədər təslim edilən helikopterlərin sayını açıqlayıb.

Ordu.az xəbər verir ki, o, “Atak” helikopterlərinin şirkətin ən çox satılan məhsulu olduğunu bildirib.

O qeyd edib ki, helikopterlərdən 76-sı Türkiyə Quru Qoşunlarına, Jandarma və Xüsusi Təyinatlı Qüvvələrə, 4-ü Filippinə təhvil verilib. Bu ölkəyə daha 2 helikopterin tədarük edilməsi planlaşdırılır. Eyni zamanda ilin əvvəlində daha 6 helikopter Nigeriyaya veriləcək.

“Bundan başqa digər ölkələrin də tələbləri var, bu bizim ən çox satılan məhsulumuzdur”, - deyı Kotil bildirib.

O, “Anka” PUA-larının Türkiyə Hərbi Hava Qüvvələri, Jandarma, Hərbi Dəniz Qüvvələri və Xüsusi Təyinatlı Qüvvələrində uçuşlar həyata keçirdiyini, Tunisə, Qazaxıstana ixrac edildiyini bildirib.

“Bundan başqa bir çox ölkələr var, hələ çatdırmamışıq. Biz bunu daha çox çatdıranda açıqlayacağıq”, - deyə şirkət rəhbəri qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Atak  


Bizi "telegram"da izləyin