Amerikalı pilot Çin hərbçilərinə təlim keçməkdə ittiham olunur

2023/01/T-2-B-1672922469.jpg
Oxunub: 293     16:50     05 Yanvar 2023    
Avstraliyada həbs edilən ABŞ Dəniz Piyadaları Korpusunun keçmiş pilotu Daniel Duqqan Çin hərbi pilotlarına qeyri-qanuni hərbi dəniz aviasiya təlimi verməkdə ittiham edilir.

Ordu.az xəbər verir ki, oktyabr ayında ABŞ-ın tələbi ilə Avstraliyanın bir qəsəbəsində həbs edilən Duqqana qarşı hazırlanan iddianamə Vaşinqton Məhkəməsi tərəfindən açıqlanıb.

İttihama görə, Duqqan Çin pilotlarına aviadaşıyıcılara enmə təlimi keçib.

2017-ci ildə başlayan istintaqın materiallarında deyilir ki, Duqqan 2010 və 2012-ci illərdə üç dəfə Cənubi Afrikadakı aviasiya məktəbi vasitəsilə Çin Xalq Respublikasının pilotlarına hərbi təlim keçib.

Cənubi Afrikada yerləşən uçuş məktəbinin Çində də filialının olduğu və menecerləri arasında bir Cənubi Afrikalı və İngiltərə vətəndaşı, həmçinin Çin ordusu üçün hərbi məlumat toplayan Çin vətəndaşının olduğu bildirilir.

Duqqanaın Çin kursantlarına dəniz aviasiyası ilə bağlı bir çox mövzuda təlim verdiyi iddia edilir. Bu təlimi keçirmək üçün adı açıqlanmayan Çin vətəndaşı ilə müqavilə bağladığı iddia edilən Duqqana bu məsələ ilə bağlı ABŞ Dövlət Departamenti tərəfindən elektron poçt vasitəsilə xəbərdarlıq edildiyi, lakin keçmiş pilotun ABŞ hökumətindən icazə almadığı bildirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Çin   Casus  


Bizi "telegram"da izləyin