Ordu.az xəbər verir ki, müdafiə üzrə analitik H.İ.Satton şəxsi bloqunda Rusiyanın Sevastopoldakı hərbi limanının özünümüdafiəsi üçün əlavə tədbirlər gördüyünü bildirib.
Onun açıq mənbə məlumatlarına əsaslanan məqaləsində qeyd olunur ki, Rusiya Sevastopol limanındakı müdafiə halqasına yenisini əlavə edib.
“Oktyabrın 29-da Ukraynanın Sevastopolda Rusiyanın Qara dəniz donanmasına pilotsuz dəniz və hava platformaları ilə hücumu Rusiyada şok effekti yaradıb. Rusiya limanın müdafiəsini tədricən təkmilləşdirdi. Bu yaxınlarda yeni müdafiə səviyyəsi əlavə edilib”, - deyə məqalədə qeyd olunur.
Sevinc Əliyeva
Ordu.az