Türkiyə ötən il 1220 terrorçu zərərsizləşdirib

2022/11/636fa-1668268914.jpg
Oxunub: 195     17:26     04 Yanvar 2023    
Türkiyə terrorçuluqla mübarizədə qətiyyətlidir. Ötən il bu çərçivədə həyata keçirilən antiterror əməliyyatları nəticəsində 87-si xüsusi dərəcəli təhlükəli olmaqla ümumilikdə 1220 terrorçu zərərsizləşdirilib.

Ordu.az xəbər verir ki, bu məlumatı Türkiyənin daxili işlər naziri Süleyman Soylu verib.

Ötən il ümumilikdə 185 terror aktının qarşısının alındığını, qanunsuz miqrasiyaya qarşı da qətiyyətli mübarizə aparıldığını xatırladan nazir Soylu deyib ki, il ərzində 49 min 518 nəfər dənizlərdə olmaqla ümumilikdə 285 min 27 miqrant yaxalanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə  


Bizi "telegram"da izləyin