Ordu.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova İtaliyanın Ukraynada münaqişəsinin sülh yolu ilə nizamlanmasının “qarantı” kimi çıxış etməyə hazır olması ilə bağlı suala cavabında bildirib.
"İtaliya Moskva ilə Kiyev arasında vasitəçi ola bilməz, çünki o, qanlı Kiyev rejiminə əhəmiyyətli dərəcədə kömək edir və aqressiv anti-Rusiya mövqeyi tutur.
Bilirsiniz, bir çox ölkələr Ukrayna böhranının həllində iştirak etməyə hazır olduqlarını bəyan edirlər və bəziləri hətta birbaşa olaraq bizə vasitəçilik xidmətlərini təklif edirlər. Bu barədə Roma Papası Fransisk, Fransa Prezidenti E.Makron, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və digər dövlət və hökumət başçıları, siyasətçilər və ictimai xadimlər çıxış ediblər. Bəziləri bunu səmimiyyətlə edir, bəziləri isə öz eqoist məqsədlərini güdür, xarici siyasətdən dividentlər almaq üçün danışıqlar prosesinə "qoşulmağa" çalışır.
Bununla belə, Ukraynada xüsusi hərbi əməliyyat başlayandan birmənalı və çox aqressiv anti-Rusiya mövqe tutmuş, nəinki qanlı Kiyev rejimini dəstəkləmiş, hətta onu əhəmiyyətli hərbi və hərbi-texniki yardımla təmin edən, bilərəkdən Ukraynanı ən müasir silahlarla dolduran ölkələrdən vasitəçilik təkliflərini eşitmək bizim üçün qəribədir. Məlumdur ki, İtaliya geniş çeşiddə silah və hərbi texnika ilə yanaşı Kiyevi piyada əleyhinə minalarla təmin edir.
Bu məsuliyyətsiz hərəkətlər nəinki qurbanların, o cümlədən Donbassın mülki əhalisi arasında qurbanların sayını artırır, münaqişənin sonunu ləngidir, həm də NATO ölkələrini Rusiya ilə birbaşa hərbi toqquşmaya cəlb edir. Bununla belə, Kiyevin qərb sponsorları, o cümlədən təəssüf ki, İtaliya da dayanmağı ağlına belə gətirmir, əksinə, silah tədarüklərini artırır", deyə Rusiya XİN sözçüsü vurğulayıb.
Ordu.az