Ordu.az xəbər verir ki, bu barədə çərşənbə axşamı Ağ Evin mətbuat katibi Karin Jan-Pyerin yaydığı bəyanatda deyilir.
“Prezident Bayden dövlətlərimiz, iqtisadiyyatlarımız və xalqlarımız arasında əlaqələri daha da dərinləşdirmək üçün cümə günü, yanvarın 13-də Yaponiyanın Baş naziri Fumio Kişidanı Ağ Evdə qəbul etməyi səbirsizliklə gözləyir”, - o deyib.
Jan-Pyerin sözlərinə görə, Bayden və Kisida “son bir il ərzində ABŞ-Yaponiya ittifaqını modernləşdirmək, iqlim dəyişikliyindən tutmuş kritik texnologiyalara, o cümlədən Dördtərəfli Təhlükəsizlik Dialoqu vasitəsilə əsas cəbhələrdə əməkdaşlığı genişləndirmək, azad və açıq Hindistan-Sakit okeanı regionuna dəstəyi qorumaq üçün yaxından işlədilər". Bəyanatda bildirilir ki, ABŞ Prezidenti və Yaponiya Baş naziri “bu səyləri gücləndirəcəklər”.
Jan-Pyerin sözlərinə görə, Bayden və Kisida “bir sıra regional və beynəlxalq məsələləri, o cümlədən KXDR-in kütləvi qırğın silahları və ballistik raketlərin istehsalına dair qeyri-qanuni proqramlarını, Rusiyanın Ukraynadakı müharibəsini və “Tayvan boğazında sülh və sabitliyin qorunmasını” müzakirə edəcəklər.
Bayden “Yaponiyanın bu yaxınlarda açıqladığı milli təhlükəsizlik strategiyasına, G-7-yə sədrlik etməsinə və BMT Təhlükəsizlik Şurasındakı qeyri-daimi üzvlüyünə tam dəstəyini ifadə edəcək”.
Sənəddə vurğulanır ki, ABŞ Prezidenti və Yaponiya Baş naziri görüşdə iki ölkə arasında “gələn il üçün” tərəfdaşlıq kursunu müəyyən edəcəklər.
Ordu.az