Çin vətəndaşlarının girişini məhdudlaşdıran ölkələrə qarşı cavab tədbirləri görəcək

2023/01/df45g-1672753990.jpg
Oxunub: 349     13:35     03 Yanvar 2023    
Çin koronavirusla mübarizə üçün qabaqlayıcı tədbirlər bəhanəsi ilə çinlilərə giriş məhdudiyyəti qoyan ölkələrə qarşı cavab tədbirləri görəcək.

Ordu.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mao Nin bildirib.

“Siyasi məqsədlərə nail olmaq üçün epidemiyanın qarşısının alınması və nəzarət tədbirlərinin manipulyasiyası cəhdlərinə qəti şəkildə qarşıyıq”, - o deyib.

Onun sözlərinə görə, Çin fərqli vəziyyətlərdən asılı olaraq müxtəlif ölkələrə münasibətdə uyğun tədbirlər görəcək.

Xatırladaq ki, 2022-ci ilin sonunda Çində COVID-19-a yoluxma hallarında artım qeydə alınıb. Buna görə də dünyanın bir sıra ölkələri Çin vətəndaşlarından PCR testi tələb edir. Buraya xüsusilə, İngiltərə (Böyük Britaniyanın digər ölkələri aid deyil), İtaliya, İspaniya, İsrail və Yaponiya daxildir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   XİN  


Bizi "telegram"da izləyin