Azərbaycandan Gürcüstana keçmək istəyən Nigeriya vətəndaşı saxlanılıb

2023/01/fsd45-1672737523.jpg
Oxunub: 380     13:14     03 Yanvar 2023    
Yanvar ayının 2-də saat 21:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin Balakən rayonunun Poçtbinə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasından Gürcüstan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 1 (bir) nəfər Nigeriya Federativ Respublikası vətəndaşı saxlanılmışdır.

Araşdırma zamanı saxlanılan şəxsin ölkə ərazisinə rəsmi qaydada gəlməsi, dövlət sərhədini pozaraq Azərbaycan Respublikasından Gürcüstan Respublikasına, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduğu müəyyən edilmişdir.

Fakt üzrə əməliyyat-istintaq tədbiri davam etdirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Gürcüstan   Sərhəd  


Bizi "telegram"da izləyin