Ordu.az xəbər verir ki, Qırğızıstan Prezidenti Sadır Japarov ölkəsinin Birliyin sədri kimi MDB-yə üzv dövlətlər arasında mehriban qonşuluq və etimadın möhkəmləndirilməsinə xüsusi diqqət yetirəcəyinə söz verib.
Bişkekin sədrliyi ilə bağlı qərar ötən il oktyabrın 14-də MDB-nin Astanada keçirilən sammitində qəbul edilib. Rusiya və Qazaxıstan həmsədr olacaqlar. Daha əvvəl Birliyin İcraiyyə Komitəsinin sədri Sergey Lebedev Qırğızıstanın gələcək sədrliyə hazır olduğunu qeyd edib.
Ordu.az