Meksika körfəzində helikopter qəzaya uğrayıb, 4 nəfər itkin düşüb

2022/08/1661781782.jpg
Oxunub: 207     04:35     30 Dekabr 2022    
Göyərtəsində 4 sərnişinin olduğu helikopter Meksika körfəzində, Luiziana ştatı sahillərində qəzaya uğrayıb.

Ordu.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Bildirilib ki, helikopter neft platformasının işçilərini sahilə çatdırmalı idi.

Helikopter körfəzdə yerləşən neft platformasından havaya qalxıb. Lakin bir müddət sonra Yeni Orleandan cənub-şərqdə Missisipi çayının mənsəbində qəzaya uğrayıb.

ABŞ Sahil Mühafizəsi itkin düşənlərin axtarışını davam etdirir. Qəzanın səbəbi barədə məlumat verilmir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Meksika   Helikopter  


Bizi "telegram"da izləyin