Serdar Kılıç: “Ruben Rubinyanla dostluq münasibətlərimiz də var”

2021/12/6-1639591961.jpg
Oxunub: 426     16:54     29 Dekabr 2022    
Dekabrın 27-də Türkiyənin Ermənistanla danışıqlarda xüsusi nümayəndəsi, səfir Serdar Kılıç Ankara Universitetinin Dilçilik və Tarix-Coğrafiya fakültəsinin təşkil etdiyi “Diplomatiyaya həsr edilmiş bir ömür” mövzusunda çıxış edib.

Ordu.az xəbər verir ki, Kılıç Ermənistan-Türkiyə prosesinin başlanması, hazırkı mərhələ və digər mühüm məsələlərlə bağlı Türkiyə tərəfinin yanaşmalarını üzə çıxarmaq prizmasından mühüm müşahidələr edib.

Kılıç əvvəlcə Ermənistanla Azərbaycan arasında gedən prosesə toxunub. Onun sözlərinə görə, qarşılıqlı anlaşma var və hər iki tərəfin uzunmüddətli maraqları nəzərə alınarsa, mövcud problemlər aradan qaldırılacaq.

“Biz başa düşməliyik ki, proseslərin birində baş verən müsbət dəyişiklik digər prosesə müsbət təsir edir, eyni şəkildə proseslərin birində baş verən mənfi hal digərinə də təsir edir. Bu iki proses ayrıdır, lakin bir-birindən tamamilə ayrıla bilməz”, - deyə o bildirib.

Ermənistan-Türkiyə nizamlanması prosesinə gəlincə, Türkiyənin xüsusi nümayəndəsi qeyd edib ki, Azərbaycan da prosesin bir hissəsi olduğu üçün Türkiyə və Ermənistanın faktiki olaraq üçtərəfli danışıqlar apardığına dair şayiələr var.

“Əlbəttə, Azərbaycan da var, Ermənistanla dialoq aparan bəzi ölkələr də var. Lakin onlar fiziki olaraq bu prosesdə iştirak etmirlər və bu prosesdə şərtləri diktə edə bilmirlər. Bu proses yalnız ikitərəfli prosesdir. Bu, yalnız mənimlə Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan arasında baş verir. Onunla dostluq münasibətlərimiz də var”, - deyə Türkiyə nümayəndəsi vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Ermənistan  


Bizi "telegram"da izləyin