Makrona açıq məktub nədən xəbər verir? – Fransa vəziyyəti gərginləşdirir

2022/12/1672224005.jpg
Oxunub: 769     14:39     28 Dekabr 2022    
Fransada siyasi partiya liderləri, deputatlar, senatorlar Fransa prezidenti Makrona açıq məktubla müraciət edib. Onlar məktubda “erməni-fransız dostluğu”nun siyasi, iqtisadi, mədəni, dəyər sistemi, sivilizasiya aspektlərində dərin köklərini xatırladıb və Fransanı Qarabağdakı erməniləri müdafiə etmək, o cümlədən ABŞ və Avropa tərəfdaşları ilə Bakıya qarşı sanksiyalar məsələsini müzakirə etmək üçün addımlar atmağa çağırıblar.

Fransanın ən nüfuzlu dövri nəşrlərindən biri olan “Monde”də dərc olunan açıq məktub əslində Fransa parlamentinin hər iki palatasının həftələr əvvəl qəbul etdiyi təxribatçı qətnamələrin məntiqi davamıdır. Fransa hökuməti bu qətnamələrin sadəcə parlament təşəbbüsü olduğunu və rəsmi Fransa siyasətini ifadə etmədiyini açıqlayıb. Buna baxmayaraq Makronun rəhbərlik etdiyi partiya Fransa parlamentində çoxluq təşkil edir və rəsmi Paris bu qətnamələrin qəbuluna əsaslı şəkildə mane olmağa cəhd etməyib. Yəni Fransa hökumətinin açıqlaması mənasızdır.

Hazırda əsas sual budur ki, Parisin bu qətnamələri yerinə yetirmək ehtimalı nə qədərdir və Fransa bu qərarların icrası zamanı hansı resurs və effektiv alətlərə malikdir? Çünki burada addımlar varsa, lakin onların praktiki effektivliyini təmin edəcək alətlər dəsti yoxdursa, effekt əksinə ola bilər və Fransa istər-istəməz vəziyyətin gərginləşməsi üçün detonatora çevrilə bilər.

Fransa Azərbaycana qarşı hər hansı bir addım atsa, Qərbdəki digər ölkələrin, eləcə də Avropa İttifaqının mövqeyi kəskin ola bilər. Bu baxımdan, Fransanın Azərbaycana qarşı hər hansı təxribatçı qərarı özünə qarşı çevrilə bilər.

Asif Cəfərov  
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Azərbaycan   Makron  


Bizi "telegram"da izləyin