Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşr qeyd edib ki, Cavadyan hətta İstisuya (Cermuk) dəvət olunub, orada dekabrın 17-də hakim partiyanın siyasi şurasının iclası olub, Cavadyan Baş nazirlə görüşüb, danışıb, sonra geri qayıdıb və işdən azad olunmaq üçün ərizə yazıb.
“O, “Tashir Group” şirkətinin idarə heyətinin üzvüdür. Bununla belə, sözün həqiqi mənasında görüşdən 2 gün sonra maliyyə naziri Tiqran Xaçatryan Baş nazirin müavini təyin edilib. Ötən gün Artur Cavadyanla əlaqə saxlayıb nə baş verdiyini, Baş nazir Paşinyanın niyə peşman olduğunu öyrənməyə çalışsaq da, o, zənglərimizə cavab vermədi. Xatırladaq ki, Cavadyan Mərkəzi Bankın sədri vəzifəsi ilə vidalaşdıqdan sonra ilk olaraq Baş nazirin xüsusi tapşırıqları üzrə səfiri təyin edilib, 2021-ci ilin iyul ayından isə “Tashir Group” şirkətinə məxsus olan, Hrazdan-Sevan kaskadının işlərini idarə edən Beynəlxalq Enerji Korporasiyasının direktorlar şurasında işləməyə başlayıb”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az