“Azərbaycan regional və qeyri-regional vəziyyətdən, eləcə də yaranmış situasiyalardan ən yaxşı şəkildə istifadə edir” - Malaşenko

2021/05/11212-1621158211.jpg
Oxunub: 554     11:50     28 Dekabr 2022    
Sankt-Peterburqda baş tutan MDB-nin qeyri-rəsmi sammiti çərçivəsində Əliyev-Putin-Paşinyan qeyri-rəsmi təmas baş tutub və daha sonra Putin-Paşinyan görüşü olub.

Üçtərəfli qeyri-rəsmi görüşlə bağlı mötərizələr açılmır, lakin rəsmi Paşinyan-Putin görüşündə diqqətəlayiq elementlər var. Məlumata görə, Vladimir Putin çıxışında xüsusi olaraq bildirib: “Hörmətli Nikol Vova, bu yaxınlarda hökumətlərarası komissiyanın iclası keçirildi, həmkarlar qeyd etdilər ki, ölkəmizdə iqtisadi sahədə vəziyyət kifayət qədər müsbət inkişaf edir. Cari ilin 10 ayı ərzində dövriyyədə artım 73 faiz təşkil edib ki, bu da yaxşı nəticədir. Dünən sizinlə başladıq, üçümüz də danışa bildik, təbii ki, ümumilikdə əsas məsələ Cənubi Qafqazdakı vəziyyətin nizamlanması, Ermənistan-Azərbaycan münasibətləri, Qarabağla bağlı hər şeydir. Və razılaşdığımız kimi bütün bu məsələləri ətraflı müzakirə edirik”.

Ermənistan Təhlüksizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, birlik dövləti üçün Ermənistana təzyiqlər edilir.

Peskov isə Qriqoryana cavab olaraq bildirib ki, belə bəyanatları təxribat xarakterli hesab etmək olar.

Rusiyalı politoloq Aleksey Malaşenko bildirib ki, Ermənistan-Rusiya münasibətləri bu cür bəyanatlara görə daha da mürəkkəbləşir, bunların regional və ikitərəfli atmosferi vəziyyəti daha da gərginləşdirə və ya pisləşdirə biləcəyini gözləmək lazımdır.

Onun sözlərinə görə, bu cür bəyanatlar Rusiyada böyük əks-səda doğursa da, böyük ehtimalla onlar daxili auditoriya və Qərb ictimaiyyəti üçün nəzərdə tutulub ki, Qərb Cənubi Qafqazda daha təsirli addımlar atsın.

Malaşenko qeyd edib ki, Ermənistanın Qərbin addımlarından, regional fəallığından razı olmadığı açıq-aydın görünür.

“İndi Ermənistan elə bir vəziyyətdədir ki, Rusiyanın addım atmasını və öhdəliklərini yerinə yetirməsini gözləyir, çünki problemlər var. Rusiya Ermənistanın gözlədiyi kimi o problemlərə cavab vermir, nəticədə Ermənistan həm Rusiyadan, həm də Qərbdən narazıdır”, - deyə politoloq bildirib.

O vurğulayıb ki, qeyri-rəsmi üçtərəfli görüş keçirilib, lakin bu, Laçın dəhlizində yaranmış böhrana son qoymayıb.

“Azərbaycan regional və qeyri-regional vəziyyətdən, eləcə də yaranmış situasiyalardan ən yaxşı şəkildə istifadə edir, aydın şəkildə başa düşür ki, əsasən onun səyləri nəticəsində sülhməramlıların belə vəziyyətləri həll etmək mandatı yoxdur”, - deyə Malaşenko əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin