Ordu.az xəbər verir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyinin sözçüsü Takeşi Aoki bildirib.
Xüsusilə, nazirlik sistemləri yerləşdirmək üçün Okinava prefekturasının bir hissəsi olan Quru Özünümüdafiə Qüvvələrinin Yonaquni düşərgəsini genişləndirməyə hazırlaşır.
Məsələ ilə tanış olan mənbələr Çinin Tayvana hərbi təzyiqini artırdığı üçün yerləşdirmənin Yonaquni də daxil olmaqla Nansey adalarının müdafiəsini gücləndirmək məqsədi daşıdığını bildirir.
Yaponiya Müdafiə Nazirliyinin 2023-cü maliyyə büdcə planına silah-sursat anbarı da daxil olmaqla, raket bölməsi üçün obyektlərin tikintisi məqsədilə düşərgənin qərbində yerləşən 180 min kvadratmetr ərazinin alınması xərcləri daxildir. Amma nazirlik konkret satınalma xərclərini açıqlamayıb.
Okinava qubernatoru Denni Tamaki bildirib ki, adada HHM sistemlərinin yerləşdirilməsi xərcləri prefekturaya əvvəlcədən bildirilmədən qəfildən ayrılıb.
Yaponiya Müdafiə Nazirliyi, həmçinin Nansey adalarına HHM sistemlərinin yerləşdirilməsi üzərində işləyir və onlar artıq Okinavadakı Miyako adasında və qonşu Kaqoşima prefekturasındakı Amami-Oşima adalarında yerləşdirilib. Nazirlik həmçinin 2022-ci maliyyə ilində Okinavadakı İşiqaki adasında daha bir bölmə yerləşdirməyi planlaşdırır.
Sevinc Əliyeva
Ordu.az