Putin: “Sankt-Peterburqda Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşünü keçirməyə nail olduq”

2022/12/1672138173.jpg
Oxunub: 400     14:47     27 Dekabr 2022    
“Dekabrın 26-da MDB dövlət başçılarının Sankt-Peterburqda keçirilən qeyri-rəsmi sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin də iştirakı ilə üçtərəfli görüş keçirməyə nail olduq”.

Ordu.az“Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin dekabrın 27-də Sankt-Peterburqda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdə deyib.

O bildirib ki, hazırda əsas məsələ bütövlükdə Cənubi Qafqazda vəziyyətin nizamlanması, Ermənistan-Azərbaycan münasibətləridir: “Razılaşdığımız kimi, biz bütün bu məsələləri ətraflı müzakirə edirik”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin