“Hayeli”: Qərb Nikola KTMT-dən çıxmaması ilə bağlı ciddi xəbərdarlıq edib?

2022/11/1669230655.jpg
Oxunub: 488     22:18     27 Dekabr 2022    
Bu yaxınlarda Amerika administrasiyası, xüsusən də dövlət katibi Entoni Blinken Ermənistanın Baş naziri Nikol Paşinyana aydın mesaj göndərib ki, sonuncu Moskvaya qarşı kəskin “hərəkətlər” etməsin.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hayeli” nəşri yazıb.

Nəşrə görə, söhbət Paşinyanın Sankt-Peterburqa səfəri çərçivəsində sosial şəbəkələrdə mümkün variant kimi müzakirə edilən Ermənistanın KTMT-dən çıxmasından gedir.

“Onun məsələn, MDB sammitində Laçın ətrafında vəziyyətin həll olunmayacağı təqdirdə Ermənistanın KTMT-dən çıxacağını elan edə biləcəyi ilə bağlı söz-söhbətlər müzakirə olunub. Budur, Amerika administrasiyası Paşinyana xəbərdarlıq edib, Türkiyə-Azərbaycan tandeminin artan istəklərinə işarə edib, Ermənistanın KTMT-dən çıxacağını bəyan edəcəyi təqdirdə Qərbin Ermənistanı Türkiyə-Azərbaycan birgə ordusundan qoruya bilməyəcəyini açıq şəkildə ifadə edib. Ona görə də Paşinyana “yerində sakit otur” məsləhət görülüb. Bu xəbər Paşinyanın müdafiəçisi olan qərbpərəstlər - Aram Zaven Sarkisyan, Tiqran Xzmalyan, Arman Babacanyan və başqaları arasında demək olar rezonans doğurub. Bu şəxslər Paşinyanı Ermənistanın KTMT-dən çıxması çağırışları ilə “boğurlar”. Vaşinqtonun bu mesajı onlar üçün “soyuq duş” olub, xüsusən də Paşinyan bunu əsas götürərək qərbpərəstləri anti-Rusiya dozasını azaltmağa və bir az sakitləşməyə çağırıb”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Nikol   Ermənistan  


Bizi "telegram"da izləyin