“Niyə qoyun sərhədi keçəndə dərhal Putinə zəng edirlər? Makron və Baydenə zəng etsinlər” – Tarasovdan ermənilərə tərs sillə

2021/10/maxre-1634118302.jpg
Oxunub: 988     15:16     27 Dekabr 2022    
Dekabrın 26-27-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində MDB ölkələrinin qeyri-rəsmi sammiti keçirilib. Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan da iştirak edib. Ancaq tərəflər arasında hər hansı təmas olmayıb.

Bundan əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Moskvada keçiriləcək üçtərəfli görüşü ləğv edib. Rusiyada Ermənistan, Azərbaycan və Rusiyanın xarici işlər idarələrinin rəhbərlərinin görüşü nəzərdə tutulmuşdu, lakin Laçın yolunda yaranmış vəziyyəti bəhanə edərək Mirzoyan Rusiyaya getməyib. Bu, Rusiyanın xarici işlər naziri Lavrovun açıq şəkildə narazılığına səbəb olub.

Rusiyalı politoloq Stanislav Tarasov hesab edir ki, vəziyyət müəyyən intriqa ehtiva edir. Ermənistan Xarici İşlər Nazirliyi bəyan edir ki, sülh müqaviləsindən söhbət gedə bilməz, çünki Laçın yolu problemi var. İkincisi, Azərbaycana yeni şərtlərin təqdim olunduğunu bəyan edirlər. Beləliklə, onlar əvvəlcədən razılaşdırılmış Moskva gündəmini dəyişərək üçtərəfli görüşü ikitərəfli Bayramov-Lavrov görüşünə çevirdilər. Erməni tərəfinin davranışı bir sıra suallar yaradıb. Rusiya xarici işlər nazirinin dediyi kimi, Rusiya tərəfi məlumatı diplomatik kanallarla deyil, Ermənistan XİN-in press-relizindən alıb.

Tarasovun sözlərinə görə, Ermənistan tərəfi yaxın keçmişdə Azərbaycanın qarşı çıxmasına baxmayaraq, Makronun iştirakı ilə Brüsseldə görüşəcəyini iddia edərkən də oxşar addım atıb. Belə çıxır ki, həm Moskva formatı, həm də Brüssel formatı iflasa uğrayıb. İndi sual yaranır: bütün bunların arxasında nə dayanır? İndi Paşinyan Sankt-Peterburqdadır, ancaq görüş olmayıb.

Tarasovun sözlərinə görə, son nəticə ondan ibarətdir ki, sülh müqaviləsi ilə bağlı danışıqlar nəticəsiz qalıb, gündəm dəyişdirilib.

“Azərbaycana İkinci Qarabağ müharibəsinin nəticələrini legitimləşdirən, 9 noyabr 2020-ci il tarixli sazişin müddəalarını gücləndirən, yolların blokadadan çıxarılmasını nəzərdə tutan qanuni təsdiq edilmiş sənəd lazımdır. İkincisi, Ermənistana da müharibə zamanı itirdiyi mövqelərin bir qismini diplomatik yolla qaytarmaq üçün bu saziş lazımdır. Bu vəziyyətdə erməni tərəfinin hərəkətləri məntiqlidir, danışıqlar prosesini ləngidir, lakin faktiki olaraq danışıqları məğlubiyyətə uğradırlar. Üçüncüsü, Azərbaycan bütün bunları başa düşərək niyə o oyunu oynamağa, Moskvadan başqa Brüsseldə danışıqlar aparmağa razı oldu? İndi belə bir vəziyyət yaranır ki, Mirzoyan danışıqlara Rusiyaya gəlsə, konkret bir şeylə razılaşmaq olardı. Lakin Mirzoyan bunu etməyib. Sonra məlum olur ki, Paşinyan da, İlham Əliyev də “Laçın dəhlizi” prosesində eyni vaxtda, fərqli məqsədlərlə iştirak edirlər. Rusiya sülhməramlılarının da günahı var, onların vəzifələrini yerinə yetirmədikləri yüksək səslə qeyd olunur”, - deyə Tarasov bildirib.

Tarasovun fikrincə, bu vəziyyətdən çıxış yolu yalnız o halda ola bilərdi ki, tərəflər Rusiya sülhməramlılarının mandatı məsələsini qaldırsınlar.

“İndi o yoxdur, ona görə də çaydan qoyun, inək keçəndə bir tərəf digərini günahlandırmağa başlayır, günahkar isə rus sülhməramlılarıdır. Belə çıxır ki, hər iki tərəf müxtəlif məqsədlər üçün Rusiya sülhməramlılarının rolunu aşağılayır. Bu, tərəflərin Moskva ilə oynadığı oyundur və Moskva bunu çox gözəl anlayır. Gümrüdə rusların real varlığı var, Ermənistanın arxalandığı Qərb: Brüssel, Makron, Mişel, ABŞ... oradan ancaq qınaqlar, çağırışlar edilir. Onlardan kim həqiqətən rus sülhməramlılarını əvəz etməyə hazırdır, çünki Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması ermənilərin həmin anklavdan tamamilə çıxarılması demək olacaq”, - deyə rusiyalı poliroloq bildirib.

O hesab edir ki, indiki mərhələdə Moskva vəziyyətin sabitliyində maraqlıdır.

“Burada maraqlı üçüncü tərəfin olması faktdır. Qərbin əli var, belə olsun, biz bunun əleyhinə deyilik, amma real dəstək göstərsinlər. Yoxsa niyə qoyun sərhədi keçəndə dərhal Putinə zəng edirlər? Makron və Baydenə zəng etsinlər”, - deyə Tarasov qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan   Tarasov  


Bizi "telegram"da izləyin