Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi sammiti başlayıb

2022/02/e986a-1644506247.jpg
Oxunub: 7232     16:53     26 Dekabr 2022    
Rusiyanın Sankt-Peterburq şəhərindəki Boris Yeltsin adına Prezident Kitabxanasında MDB dövlət başçılarının qeyri-rəsmi sammiti başlayıb.

Ordu.az xəbər verir ki, toplantı Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə keçirilir.

Azərbaycan Prezidenti İlham Əliyev iclasda iştirak edir.

Zirvə toplantısında həmçinin Rusiya Prezidenti Vladimir Putin, Belarusun dövlət başçısı Aleksandr Lukaşenko, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, Tacikistan Prezidenti Emoməli Rəhmon və Ermənistanın baş naziri Nikol Paşinyan iştirak edirlər.

Vladimir Putin dövlət başçılarını qarşılayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin