Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.
Nəşrə görə, rəsmi məlumatda deyilir ki, həmsöhbətlər Cənubi Qafqaz regionunda baş verən proseslərlə bağlı məsələləri müzakirə ediblər.
“Lakin bu, Murun səfərinin yalnız görünən tərəfidir və gündəmdə əslində başqa “çalar”lar da olub. Britaniya kəşfiyyatının rəhbəri Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi dalğasına yeni təkan verilməsi məsələsini açıq şəkildə irəli sürüb. O, hakimiyyətə Laçındakı vəziyyətdən Rusiyanın siyasətini ictimai, o cümlədən hakimiyyət səviyyəsində hədəfə almaq fürsəti kimi istifadə etməyi təklif edib. Gördüyünüz kimi, bu “tövsiyə” işə yarayıb. Məsələn, hökumətin son iclasında Paşinyanın “sülhməramlıların fəaliyyətsizliyindən” necə açıq danışdığının şahidi olduq, ondan əvvəl hakim partiyanın digər nümayəndələri (kifayət qədər yüksək çaplı) də rusları tənqid etmişdilər. Murun səfərindən sonra digər aşkar anti-Rusiya təzahürlərindən biri də Paşinyanın bu günlərdə bu “sahədə” çox fəal olan “parlamentdənkənar klub” nümayəndələri ilə müntəzəm görüşü olub. Yeri gəlmişkən, bir neçə ay əvvəl Paşinyan ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börnsü də qəbul edib. Bəzi məlumatlara görə, bu iki məmurun səfəri həm də Ermənistanda yeni strukturun, Xarici Kəşfiyyat Xidmətinin yaradılması ilə birbaşa bağlı olub”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az