MDB PA Şurasının Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərib

2022/12/63a44-1671710609.jpg
Oxunub: 257     16:03     22 Dekabr 2022    
MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibi Dmitri Kobitski Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Ordu.az xəbər verir ki, məktubda deyilir:

"Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleya Şurası adından doğum gününüz münasibətilə səmimi təbriklərimizi qəbul edin.

Çoxillik səmərəli quruculuq fəaliyyətiniz Sizə Azərbaycan xalqının dərin sevgisini qazandırıb. Zəngin dövlətçilik təcrübəniz və yüksək şəxsi keyfiyyətləriniz Sizə respublika vətəndaşlarının həyat səviyyəsini daha da yaxşılaşdırmaq, bütün sahələrdə ölkənin inkişafını təmin etmək və dünya miqyasında onun nüfuzunu yüksəltmək imkanı verir. Azərbaycan Respublikası Sizin müdrik rəhbərliyinizlə sosial-iqtisadi inkişaf yolunda inamla irəliləyir.

Şübhəsiz ki, Sizin müdrik qərarlarınız MDB iştirakçısı olan dövlətlər arasında inteqrasiya proseslərinin dərinləşməsinə, strateji tərəfdaşlığın və dostluq əlaqələrinin möhkəmlənməsinə sanballı töhfə verir.

Möhtərəm İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, əmin-amanlıq və Azərbaycan Respublikasının gələcək inkişafı naminə çoxşaxəli fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirik".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MDB  


Bizi "telegram"da izləyin