“Hraparak”: Erməni rəsmilər Laçın yolu bağlandıqdan sonra passivləşiblər

2022/12/444-1671638116.jpg
Oxunub: 425     16:59     22 Dekabr 2022    
Laçın yolu bağlanandan sonra, son iki həftədə 24/7 rejimində ezamiyyətlərə gedən dövlət məmurları heç bir ezamiyyətə getmirlər.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrə görə, halbuki parlament diplomatiyası güman edirdi ki, qanunvericilər həm beynəlxalq tərəfdaşlara məktublar yazmaqda, həm də məsələni müxtəlif platformalarda qaldırmaqda son dərəcə fəal olmalıdırlar və işgüzar səfərlər indiki mərhələdə daha vacibdir.

“Parlamentin rəsmi saytına görə, sondan əvvəlki ezamiyyət əmri dekabrın 10-da Parisə gedişlə bağlı verilib. Vladimir Vardanyan AŞPA-nın Hüquq və İnsan Haqları Komitəsinin sessiyasında iştirak etmək üçün ezam edilib, sonuncu ezamiyyət əmri isə dekabrın 13-16-da Moskvaya göndərilmə ilə bağlı olub. Lilit Minasyan, Mikayel Tumasyan, Hayk Mamicanyan və Armen Gevorqyan Rusiya Federasiyası Dövlət Dumasının təşkil etdiyi “MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiya ittifaqlarının və bloklarının qarşılıqlı əməkdaşlığının rolu” adlı 3-cü beynəlxalq konfransda iştirak etmək üçün gediblər. Azərbaycanlıların ekoloji aksiyasından əvvəl saytda demək olar hər gün ezamiyyətlə bağlı sərəncam olub və elə bir gün olmayıb ki, hakim partiya üzvləri ezamiyyətdə olmasınlar”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Laçın-yolu  


Bizi "telegram"da izləyin