Peruda baş verən toqquşmalarda 10 nəfər ölüb

2022/12/1671685965.jpg
Oxunub: 272     02:20     22 Dekabr 2022    
Perunun Ayakuço şəhərində etirazçılarla polis arasında baş verən toqquşmalarda 10 nəfər həlak olub, 60-dan çox adam yaralanıb.

Ordu.az xəbər verir ki, bu barədə regional səhiyyə idarəsi məlumat yayıb.

Qeyd olunub ki, xəsarət alan 72 nəfərdən 10-u ölüb, 54 nəfər tibb müəssisələrindən evə buraxılıb, 8 nəfər isə xəstəxanalarda müalicə alır.

Xatırladaq ki, dekabrın 7-də Pedro Kastilyonun prezidentlikdən uzaqlaşdırılmasından sonra Peruda genişmiqyaslı etiraz aksiyaları başlayıb. Aksiya iştirakçıları yolları bağlayıb, hava limanlarını zəbt edirlər, hakimiyyət və hüquq-mühafizə orqanlarının binalarına basqın edirlər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Peur   Toqquşma  


Bizi "telegram"da izləyin