Ermənistan xarici kəşfiyyatı Rusiyanın casuslarından ibarət olacaq – BAXIŞ BUCAĞI

2021/08/15982-1629293430.jpg
Oxunub: 479     20:59     21 Dekabr 2022    
Ermənistan parlamentində xarici kəşfiyyat xidmətinin yaradılması ilə bağlı qanunvericilik təşəbbüsü müzakirə olunur. Hələlik qanun qəbul edilməyib. Ancaq qanunun qəbul edilməsi və Ermənistanın Xarici Kəşfiyyat Xidmətinin yaradılması sabah və ya bir neçə ildən sonra həqiqətən belə bir xidmətin olacağı anlamına gəlmir. Xarici kəşfiyyat xidmətinin yaradılması olduqca uzun və çətin prosesdir.

Qanun qəbul ediləcəyi təqdirdə Ermənistanda formal olaraq belə bir qurum yaradılacaq. Bu qurumun fəaliyyəti isə sırf pafoslardan ibarət olacaq və seçki zamanı təbliğat üçün istifadə ediləcək.

Bir ölkənin xarici kəşfiyyat xidmətinin fəaliyyəti həmin ölkənin iqtisadiyyatı ilə düz mütənasibdir. İqtisadiyyat ölkənin özünü təmin edə bilirsə və xaricə ixrac həyata keçirə bilirsə, deməli xarici kəşfiyyata ehtiyac var və bu qurum fəaliyyət göstərə bilər. Ermənistan iqtisadiyyatı isə tamamilə Rusiyadan asılıdır. Belə olan halda onun xarici kəşfiyyat xidməti də Rusiyanın casuslarından ibarət olacaq.

2022-ci ildə Ermənistana ən azından açıqlanan üç ölkənin xarici kəşfiyyat xidmətlərinin rəhbərləri səfər edib. Bunlar ABŞ, Rusiya və Britaniyadır. Müstəqil xarici kəşfiyyat xidməti qurmaq istəyən ölkəyə xarici ölkələrin baş kəşfiyyatçılarının ard-arda səfərləri olduqca diqqətəlayiqdir.

Aqil Məmmədov  
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Xarici-kəşfiyyat  


Bizi "telegram"da izləyin