Türk Dövlətləri Təşkilatının mülki müdafiə mexanizmi yaradılır

2022/12/1671609558.jpg
Oxunub: 339     11:50     21 Dekabr 2022    
Türk Dövlətləri Təşkilatının (TDT) mülki müdafiə mexanizminin yaradılması mərhələsindəyik.

Ordu.az xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu TDT Təbii Fəlakət və Fövqəladə Halların İdarəedilməsi üzrə Nazirlərin Zirvə görüşündə deyib.

O bildirib ki, bu gün bu istiqamətdə ilk addımlar atılır.

“Zəlzələlər güclü və dağıdıcıdır. Amma inanırıq ki, bizim qardaşlığımız daha güclüdür”, - Süleyman Soylu qeyd edib.

Xatırladaq ki, Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov da Zirvə görüşündə iştirak edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TDT   Mülki-müdafiə  


Bizi "telegram"da izləyin