Tailandda hərbi gəminin qəzaya uğraması nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb

2022/12/1671603348.jpg
Oxunub: 221     09:53     21 Dekabr 2022    
Tailand Hərbi Dəniz Qüvvələrinə məxsus “Sukhothai” gəmisinin qəzaya uğraması nəticəsində azı 6 dənizçinin öldüyü məlum olub.

Ordu.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə krallığın Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

Bildirilib ki, gəminin 105 ekipaj üzvündən 76-sı xilas edilib. Qalan dənizçilərin axtarışları davam etdirilir.

Xatırladaq ki, ABŞ istehsalı olan "Sukhothai" hərbi gəmisi 1987-ci ildən Tailand Hərbi Dəniz Qüvvələrinin istifadəsində olub. Gəmi dekabrın 19-na keçən gecə qasırğa nəticəsində Siam boğazında batıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tailand   HDQ  


Bizi "telegram"da izləyin