Ordu.az xəbər verir ki, bu barədə çərşənbə axşamı Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə əlaqələndiricisi Con Kirbi keçirdiyi növbəti brifinqdə bildirib.
“Prezident Baydenin Şimali Amerika Sammitinda iştirak üçün yanvarın 9 və 10-da Mexikoya səfərini elan etməkdən məmnunam”, - o deyib. Üçtərəfli görüşdə Baydendən başqa, Meksika Prezidenti Andres Manuel Lopes Obrador və Kanadanın baş naziri Castin Trüdo da iştirak edəcək.
Kirbi qeyd edib ki, sammitdə Amerika lideri iqlim dəyişikliyi ilə mübarizə, Şimali Amerika ölkələrinin rəqabət qabiliyyətinin artırılması, qeyri-qanuni miqrasiya məsələlərini müzakirə etmək niyyətindədir.
Ordu.az