Paşinyan Sankt-Peterburqa səfər edəcək

2022/11/47878-1667471436.jpg
Oxunub: 434     16:40     20 Dekabr 2022    
Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyanın Sankt-Peterburq şəhərinə səfər edəcək.

Ordu.az xəbər verir ki, bu barədə Baş nazirin ictimaiyyətlə əlaqələr aparatının rəhbəri Armen Xaçatryan bildirib.

Paşinyanın 26-27 dekabrda Rusiyanın Sankt-Peterburq şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin dövlət başçılarının qeyri-formal sammitinə qatılacağı bildirilib.

Paşinyanla Azərbaycan və Rusiya liderləri arasında üçtərəfli görüşün keçirilib-keçirilməyəcəyinə dair suala isə Xaçatryan “gündəmdə belə məsələ yoxdur” deyə cavab verib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin